"Sabah"ın rəqibləri açıqlandı
Yanvarın 2-dən 23-dək Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşqə toplanacaq “Sabah”ın 2 rəqibi bəlli olub.
Sportline.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 16-da Qazaxıstanın “Tobol”, 19-da isə Macarıstanın “MTK Budapeşt” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Sabah” yanvarın 12-də və 22-də daha 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin adı yaxın günlərdə açıqlanacaq.