"Sabah"ın sabahkı rəqibi müəyyənləşdi

Antalyada təlim-məşq toplanışında olan “Sabah” komandası son yoxlama görüşündə İsveçrə “Syon”unun U-21 komandası ilə üz-üzə gələcək.

Sportline.az xəbər verir ki, qarşılaşma yanvarın 22-də keçiriləcək. 

Qeyd edək ki, bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyə “Eskişehirspor”unu 1:0, Macarıstan MTK-sını isə 3:1 hesabı ilə məğlub edən “Sabah”, Qazaxıstanın “Tobol” komandası ilə heç-heçə edib - 2:2.