"Sabah"ın sabiq lideri klubsuz qaldı

“Sabah”ın sabiq hücumçusu Marko Deviçin “Vojdovats” klubu ilə yolları ayrılıb.

Sportline.az xəbər verir ki, bu haqda Serbiya klubunun rəsmi saytında məlumat yayılıb.

Xatırladaq ki, 36 yaşlı hücumçu ötən iln yayında “Sabah”ı tərk edərək Serbiyaya yollanmışdı.
 
O, yeni klubunda 4 qol vurmuş və 1 qolun ötürməsini etmişdi.

Deviçin bundan sonra futbol fəaliyyətini məşqçi kimi davam etdirəcəyi istisna olunmur.