"Sabah"ın yeni baş məçqçisinin təqdimatı oldu

"Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç bu gün futbolçulara təqdim edilib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüşdə yeni baş məşqçi ilə yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub.

Xatırladaq ki, Sopiçlə 1,5 illik müqavilə bağlanıb. “Sabah” xorvatiyalı mütəxəssisin rəhbərliyi altında ilk oyununu “Qarabağ”a qarşı keçirəcək. Görüş dekabrın 2-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.