"Sabah"ın yeni baş məşqçisi məlum oldu

"Sabah"ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Bildirilir ki, bu vəzifə təcrübəli mütəxəssis Rövşən Babayevə həvalə olunub. O, geridə qalan mövsüm əsas komandada köməkçi məşqçi funksiyasını yerinə yetirirdi.

Qeyd edək ki, bu mövsüm "Sabah"ın əvəzedici komandasına Vasif Haqverdiyev rəhbərlik edib.