"Sabah"ın yeni baş məşqçisi müəyyənləşdi

2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Sabah” komandasının baş məşqçisi postuna Elşad Əhmədov təyin olunub.

SportLine.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, E.Əhmədov başa çatan mövsümdə I Divizionun qalibi olan "Xəzər”i çalışdırıb.