Sabiq "Səbail"li İsveç klubunda

Ötən mövsümün sonunda "Səbail"dən ayılan Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək.

Sportline.az xəbər verir ki, nigeriyalı hücumçu II Liqa təmsilçisi ""Frey"ə transfer olub. Klubun rəsmi saytı 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığını açıqlayıb.

Akpoveta 2016-cı ildə də "Frey"də çıxış edib və həmin il 13 oyuna 10 qol vuraraq, komandanın liderinə çevrilib.  

Qeyd edək ki, Oke daha öncə 2014-cü ildə "Rəvan"da oynayıb. Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurub.