"Sakit oynamaq lazım idi" - Luçano Spaletti

"Oyunçularda gərginlik hiss olunurdu. Bu, taktiki cəhətdən uğursuzluğa gətirib çıxardı". SportLine.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının 6-cı turunda keçirilən PSV ilə görüşdən sonra deyib.

Mütəxəssis oyunçular üzərindəki gərginliyin nəticəyə təsir etdiyini söyləyib: "Gözləmədiyimiz anda qol buraxdıq. Bu, komandanın taktiki baxımdan dağılmasına gətirib çıxardı. Sakit oynamaq lazım idi. Amma görüşün qalan vaxtda futbolçular intizamı itirdilər. Bu da hücumların qolla nəticələnməsinə mane olurdu. Belə bir vəziyyətdə Çempionlar Liqası ilə vidalaşmağı heç kim istəməz. Təəssüflənirəm. Amma əlimizdən başqa bir şey gəlmir. Avropa Liqasında mübarizəyə davam edəcəyik".

"İNTER" - PSV MATÇININ VİDEOİCMALI

Qeyd edək ki, PSV ilə 1:1 hesablı heç-heçə edən "İnter" mübarizəni dayandırıb.