Salah avqust ayının "ən yaxşı"sı oldu

“Liverpul”un heyətində avqust ayının ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, keçən ayın ən yaxşı futbolçusu “qırmızılar”ın hücumçusu Məhəmməd Salah seçilib.

Misirli futbolçu avqust ayında keçirdiyi 6 matçda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.