Salah Dünya çempionatında iştirak edəcək?
Məhəmməd Salahın Dünya çempionatında çıxış edib-etməməsinə aydınlıq gəlib.
SportLine.az xəbər verir ki, Misir Futbol Federasiyası tərəfindən yayılan məlumatda hücumçunun Rusiyada keçiriləcək Mundiala gedəcəyi bildirilib. Məlumatda futbolçunun sağalması üçün iki həftə vaxta ehtiyac duyulduğu bildirilib.
Xatırladaq ki, M.Salah ötən gün UEFA Çempionlar Liqasının finalında - "Real" - "Liverpul" matçının 29-cu dəqiqəsində çiynindən xəsarət alıb.