Salah "Liverpul"dan gedir? - Klopp cavab verdi
"Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp Mohamed Salahın komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis misirli hücumçunun "mersisaydlılar"ın heyətində xoşbəxt olduğunu deyib:
"Salah burada olmaqdan xoşbəxtdir. Biz də heyətdə belə bir futbolçuya sahib olduğumuz üçün şanslıyıq. Belə bir şəraitdə, o, komandanı niyə tərk etməlidir? Bizim müqaviləmiz və birlikdə görüləsi işlərimiz var".
Qeyd edək ki, Bir neçə Premyer Liqa klubu ilə yanaşı, Madrid "Real"ının da M.Salahın transferində maraqlı olduğu bildirilir.