Salah üçün fantastik qiymət
"Liverpul"un futbolçusu Məhəmməd Salah yenidən "Real"ın gündəmindədir. SportLine.az "Mial"ə istinadən xəbər verir ki, "kral klubu" növbəti mövsümn misirli hücumçunu transfer etmək istəyir.
"Liverpul"un isə futbolçunu satmaq niyyətində olmadığı deyilir. Məlumata görə, "mersisaydlılar" M.Salah üçün 200 milyon funt-sterlinq tələb edirlər.
Bu transfer həyata keçsə, M.Salah futbol tarixinin ən bahalı transferi ola bilər.