Salah "Barselona"ya keçə bilər
"Liverpul"un hücumçusu Məhəmməd Salah karyerasını "Barselona"da davam etdirə bilər. SportLine.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Xəbərə görə, Kataloniya klubu Dünya çempionatının ardından Antuant Qrizmannın keçidini həll etməyə çalışacaq. Bu transfer alınmasa, hədəf M.Salah olacaq.
Məlumatda Misir millisinin üzvünün də "Barselona" ilə danışıqlara hazır olduğu deyilir.
Qeyd edək ki, M.Salah ötən mövsümün əvvəlində "Roma"dan "Liverpul"a keçib.