Salah, yoxsa Neymar? (STATİSTİKA)
Sabah start götürəcək UEFA Çempionlar Liqasının ilk oyun günündə ən maraqlı qarşılaşma İngiltərədə yaşanacaq. Burada "Liverpul" və PSJ komandaları üz-üzə gələcək.
SportLine.az saytı oyun ərəfəsində hər iki komandanın liderləri - Məhəmməd Salah və Neymarın statistik göstəricilərini diqqətinizə çatdırır:
Futbolçuların 2018-ci ildə klub və milli komandanın heyətində vurduğu qollar
| Məhəmməd Salah (pen.) | Qolun vurulduğu vaxt | Neymar (pen.) |
| 2 | 1-10 | 1 (1) |
| 2 | 11-20 | 1 |
| 4 | 21-30 | 1 |
| 2 | 31-40 | 2 (1) |
| 3 | 41-Fasilə | 3 (1) |
| 13 | I HİSSƏ | 8 |
| 1 | 46-55 | 3 (2) |
| 2 | 56-65 | 2 |
| 4 | 66-75 | 3 |
| 5 (2) | 76-85 | 3 (1) |
| 1 | 86-Əsas vaxt | 1 |
| 13 | II HİSSƏ | 12 |
| 26 | ÜMUMİ | 20 |
2017/2018-ci il mövsümündə UEFA Çempionlar Liqasında iştirak
▶ Məhəmməd Salah 930 dəqiqə meydanda olub və 10 dəfə rəqib qapısına yol tapıb.
▶ Neymar 720 dəqiqə oynayıb və 6 qol vurub.
2018/2019-cu il mövsümündəki oyunlarda iştirak
▶ Məhəmməd Salah "Liverpul"un heyətində İngiltərə Premyer Liqasında 5 oyuna çıxıb. 2 dəfə fərqlənib.
▶ Neymar PSJ-nin heyətində 5 oyun keçirib. Bunlardan 4-ü Fransa I Liqasına, 1-i Fransa Kubokuna təsadüf edib. Liqa oyunlarında 4 qol vuran (1-ni penaltidən) "sambaçı" kubok görüşündə də bir dəfə fərqlənib və ümumilikdə, 5 dəfə rəqib torunu silkələyib.
UEFA Çempionlar Liqasında iştirak
▶ Məhəmməd Salah UEFA Çempionlar Liqasında 28 oyun keçirib və 13 qola imza atıb.
▶ Neymar isə bu yarışda 47 oyuna çıxıb və 27 dəfə fərqlənib.