Salahın əvəzinə Dibala?

"Yuventus"un argentinalı futbolçusu Paulo Dibala yenidən Avropa nəhənglərinin gündəmindədir. SportLine.az "transfermarketweb"ə istinadən xəbər verir ki, "Real", "Mançester Siti" və "Bavariya" hücumçunu heyətində görmək istəyir.

Futbolçunun adı, həmçinin, "Liverpul"la hallanır. Məlumata görə, yay transfer pəncərəsində Məhəmməd Salah satılsa, P.Dibalanın heyətə cəlb olunması üçün işlər görüləcək.

Qeyd edək ki, M.Salahın Madrid "Real"ı ilə ilkin razılıq əldə etdiyi bildirilir.