Samir Abbasov: "Bütün şanslarımızı itirdik"

Topaz Premyer Liqasında 25-ci turun "Qəbələ" - "Zirə" (1:2) görüşündən sonra qonaqların baş məşqçisi Samir Abbasov oyunla bağlı təəssüratlarını bölüşüb.

Sportline.az xəbər verir ki, mütəxəssis medallar üçün bütün şansların itirildiyini bildirib.

"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itiridk. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura "Qəbələ"yə uduzmağa gəlmişdik.

Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu. Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər. Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".