Samir Abbasov istefa verdi

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov istefa verib.
 
Sportline.az xəbər verir ki, 40 yaşlı mütəxəssis bu qərarını "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqanın 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb. 

Abbasov bildirib ki, bu komandada sonuncu oyunudur: "Bu mənim “Sumqayıt"da sonuncu oyunumdur. Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam".

Xatırladaq ki, bu məğlubiyyətdən sonra "Sumqayıt" Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib.