Samir Ələkbərov "Sumqayıt"da
"Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.
SportLine.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, veteran futbolçu Samir Ələkbərovdur. Ələkbərovun son olaraq, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında baş məşqçi vəzifəsini icra edib. O, 2004-2005-ci illərdə "Neftçi", 2006 - 2008-ci illərdə isə "Xəzər Lənkəran”da köməkçi-məşqçi olub.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"da qapıçılarla iş üzrə köməkçi-məşqçi vəzifəsinə Emil Babayev təyin olunub.