Santyaqo Solari "Real"da

“Real”ın sabiq baş məşqçisi Santyaqo Solari yenidən Madrid təmsilçisinə qayıdıb.

Sportline.az “Marca”ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis klubun səfiri təyin edilib.

Argentinalı çalışdırıcı 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər “Real”ın baş məşqçisi olub.