Sarri rəsmən "Çelsi"də

Maurisio Sarrinin “Çelsi”yə keçidi rəsmiləşib. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" mütəxəssislə iki il müddətinə razılığa gəliblər. Artıq Londona səfər edən M.Sarri ilə münasibətlərin rəsmiləşdiyi deyilir.

Qeyd edək ki, M.Sarri bu vəzifədə həmyerlisi Antonio Konteni əvəzləyəcək. Mütəxəssisin sonuncu iş yeri "Napoli" klubu olub.