Saşa Stamenkoviç “Sabah”da

“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç karyerasını yenidən Azərbaycanda davam etdirəcək. SportLine.az saytının əldə etdiyi məlumata görə, serbiyalı futbolçu “Sabah”la razılığa gəlib.

Artıq tibbi müayinədən keçən S.Stamenkoviç sabah bir illik müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, 33 yaşlı qapıçı 2011-2015-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Onun sonuncu iş yeri Qazaxıstanın “Okjeptes” klubu olub.