"Səbail" 30-a çatdı
“Səbail” klubu, Azərbaycan Premyer Liqasında 30-cu dəfə uduzub.
Sportline.az xəbər verir ki, bu, mənfi xarakterli yubiley VI turun “Sabah”la səfər görüşünə təsadüf edib (0:3).
62-ci oyunda 30-cu dəfə məğlub olan komanda keçirdiyi matçların 48 faizində uduzub.
Bu, həm də 31-ci səfər görüşündəki 15-ci məğlubiyyət olub.