"Səbail" 4 futbolçusunu itirdi

“Səbail” komandası Premyer Liqanın 12-ci turunda “Sabah”la oyuna 4 itki ilə çıxacaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda üzvlərindən Maykl Esyen, İqor Korotetski və Mirabdulla Abbasov zədə səbəbindən, Ağabala Ramazanov isə sarı kart limitinə görə “Sabah”la oyunu buraxacaq.

Qeyd edək ki, noyabr 23-də keçiriləcək “Səbail” – “Sabah” oyunu saat 15:00-da başlanacaq.