"Səbail" Avroliqa matçını bu stadionda keçirəcək

"Səbail" komandası Rumıniya "Krayova"sı ilə, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun öz meydanında keçirəcək.

"Dənizçilər" iyulun 11-də rəqibi "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcəklər.

UEFA qəsəbə təmsilçisinə I təsnifat mərhələsindəki oyunu süni ot örtüklü meydanda keçirməyə icazə verib.

Qeyd edək ki, cavab görüşü iyulun 18-də "Yon Oblemenko" stadionunda keçiriləcək