"Səbail" - "Beroe" matçının vaxtı açıqlandı

“Səbail”in Bolqarıstanın Bansko şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama matçının başlanma saatı açıqlanıb.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, sabah yerli "Beroe" ilə keçiriləcək görüş, Bakı vaxtı ilə 19:30-da başlanacaq.

Xatırladaq ki, "Səbail" ilk yoxlama matçında Bolqarıstanın  Plovdov "Lokomotiv"inə 0:1 hesabı ilə uduzub.