"Səbail" Braziliya klubunu məğlub etdi
Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün iki yoxlama oyununda qüvvəsini sınayacaq. SportLine.az xəbər verir ki, Bakı klubu əvvəlcə Braziliyanın "Raça Sport Klub" kollektivi ilə üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Saat 18:00-da isə "Səbail" Qazaxıstanın "Kaysar" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, əvvəlki görüşlərində "Səbail" Macarıstan "Aqvital"ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlmiş "Səbail" İsverə "Sürix"i ilə heç-heçə edib - 1:1.
24 yanvar 2019
Yoxlama oyunu
"Səbail" - "Raça Sport Klub" (Braziliya) - 3:2
QOL: Orxan Qurbanlı, 15, 80, Aqşin Qurbanlı, 44
"Səbail" - "Kaysar" (Qazaxıstan) - ləğv edilib