"Səbail" braziliyalı müdafiəçi ilə güclənib

"Səbail" komandasının heyəti yeni futbolçu ilə gücləndirilib.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbəbr verir ki, paytaxt təmsilçisi Eriko Konstantino da Silvanı transfer edib. Braziliyalı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ölkəsində "Rio Branko" və "Quaratinqeta" klublarının formasını geyinən 29 yaşlı futbolçunun karyerası daha çox Rumıniya çempionatı ilə bağlıdır. O, müxtəlif illərdə sözügedən ölkənin "Universitatya Kluj", "Panduri" və "Astra" klublarında çıxış edib.