"Səbail" çempion!
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin ölkə birinciliyində qalib və gümüş medalçı müəyyənləşdi. SportLine.az xəbər verir ki, “Səbail” klubunun əvəzedici heyəti sona bir tur qalmış qızıl medalları rəsmiləşdirdi. Elman Sultanovun başçılıq etdiyi komanda birinciliyin XXVII turunda “Neftçi”ni məğlub edərək, əlçatmaz oldu. “Sumqayıt”a 0-2 hesabı ilə məğlub olan və bununla da qızıl medal qazanmaq şansını itirən “Qəbələ” gümüş medallarla kifayətləndi.
Əvəzedicilərin yarışında bürünc medalların sahibi son turda məlum olacaq.
“Neftçi” 0-1 “Səbail”
(Emil Həsənzadə, 19)
“Zirə” 2-2 “Kəpəz”
(Elçin Əliyev, 27; Əziz İsmayılov, 73 // Ruslan Süleymanov, 53; Əli Səmədov, 83)
“Keşlə” 3-1 “Qarabağ”
(Emin Quliyev, 20, 64; Asif Əliyev, 85 // Ruslan Hacıyev, 90+3)
“Sumqayıt” 2-0 “Qəbələ”
(Qurban Hüseynov, 78; Elvin Nəsibov, 84 (p.))
| 1 | Səbail | 27 | 52 |
| 2 | Qəbələ | 27 | 49 |
| 3 | Zirə | 27 | 40 |
| 4 | Qarabağ | 27 | 38 |
| 5 | Keşlə | 27 | 37 |
| 6 | Sumqayıt | 27 | 36 |
| 7 | Neftçi | 27 | 27 |
| 8 | Kəpəz | 27 | 17 |
Peşəkar Futbol Liqasının məlumatı