"Səbail" daha 4 futbolçunun taleyinə aydınlıq gətirdi

"Səbail" daha dörd futbolçusu ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Vüqar Baybalayevlə müqavilənin müddətini 1, Şəhriyar Rəhimov, Oleksandr Rıbka və  Ağabala Ramazanovla isə daha 2 il uzadıb.

Qeyd edək ki, "Səbail" bundan əvvəl Rahid Əmirquliyevlə 1 illik yeni müqavilə imzalayıb.