"Səbail" daha iki futbolçu ilə yolları ayırdı

"Səbail" Ruslan Qurbanovdan sonra daha iki futbolçu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, söhbət braziliyalı müdafiəçi Enrike Perilyo və argentinalı hücumçu İmanol İriberridən gedir. Paytaxt klubu bu futbolçularla yeni müqavilə imzalamayıb. 

Qeyd edək ki, Perilyo "Səbail"in heyətinə ötən yay, İriberri isə qış fasiləsində qatılmışdı.