"Səbail" heç-heçə etdi

Yeni mövsümə hazırlığını davam etdirən “Səbail" bu gün yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Küveytin “Əl Salmiyə” klubu ilə qarşılaşıb. Bakı Olimpiya stadionunun köməkçi meydançasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, “Səbail” avqustun 2-də də  “Əl Salmiyə” ilə yoxlama oyunu keçirib, 2:1 hesablı qələbə qazanıb.

9 avqust

Yoxlama oyunu
 
"Səbail" – "Əl Salmiyə" - 1:1
Qol: Fəhmin Muradbəyli, 30.