"Səbail" heyətə yeni qapıçı cəlb edib

"Zirə" ilə yolları ayrılan Kamal Bayramov karyerasını "Səbail"də davam etdirəcək.

Sportline.az  xəbər verir ki, barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb.

34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu, "Səbail"in mövsümlərarası fasilədə ilk transferidir.