"Səbail" Macarıstan klubunu məğlub etdi

Topaz Premyer Liqasının II yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Səbail" bu gün ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Macarıstanın “Aqvital” kollektivi olub.

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:2. Oyunda dubl edən Ruslan Qurbanov 66-cı dəqiqədə penaltini boşa verib.

Qeyd edək ki, "Səbail" hazırlıq müddətində daha üç hazırlıq matçı keçirəcək.

16 yanvar 2019
Yoxlama oyunu

"Səbail" - “Aqvital” (Macarıstan) - 3:2
QOLLAR: 
Kevin Kubemba, 44; Ruslan Qurbanov, 68; 90.
Antalya, Türkiyə