Şəhriyar Rəhimov "Səbail"də

"Səbail” klubu yay fasiləsində növbəti transferini həyata keçirib.

SportLine.az xəbər verir ki, paytaxt təmsilçisi son mövsüm "Kəpəz”in kapitanı olan Şəhriyar Rəhimovu heyətinə qatıb. 29 yaşlı sol cinah müdafiəçisi ilə bir illik müqavilə bağlanılıb.

Qeyd edək ki, mövsüm başa çatandan sonra 12 futbolçu ilə yollarını ayıran "Səbail” Azərbaycan millisinin üzvləri Rahid Əmirquliyev və Ağabala Ramazanovla bir illik müqavilə bağlayıb.