"Səbail" "Keşlə"ni məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 9-cu tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.

Cari mövsümdə işləri qaydasında getməyən "Keşlə" "Səbail"in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

28 oktyabr 2018
TPL, 9-cu tur

“Səbail” – “Keşlə” - 2:1
QOLLAR: 
Yevgeni Koçuk, 24/p. (1:0); Fəhmin Muradbəyli, 29 (2:0); Denis Silva, 90+2 (2:1)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov 
“Bayıl Arena”

1 Neftçi 8 19
2 Qarabağ 7 16
3 Sabah 9 16
4 Səbail 9 16
5 Sumqayıt 9 11
6 Qəbələ 9 9
7 Keşlə 7 5
8 Zirə 9 4