"Səbail" klubu argentinalı ilə müqavilə bağladı

"Səbail" klubu heyətinə daha bir futbolçu cəlb edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu İmanol İbierri bundan sonra paytaxt klubunun formasını geyinəcək 

31 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İmanol İbierrinin son klubu Venesuelanın "Deportivo" klubu olub.