"Səbail" klubunda yeni müqavilə
Bu mövsüm Avroliqada mübarizə aparacaq "Səbail" klubu qapıçısı Aleksandr Rıbka ilə müqaviləni uzadıb.
Sportline.az xəbər verir ki, ukraynalı qolkiperlə 2 illik anlaşma imzalanıb.
Qeyd edək ki, 32 yaşlı qapıçının "Səbail"lə əvvəlki müqaviləsinin müddəti mövsümün sonuna qədər idi.