"Səbail" komandasında ciddi itki

Azərbaycan Premyer Liqasının 26-cı turunda ayağından zədələnərək, meydanı xərəkdə tərk edən Oleksandr Rıbkanın durumuna aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, tibbi müayinədən keçən ukraynalı qolkiperin mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcəyi məlum olub. Məlumatı paytaxt klubunun rəsmi saytı yayıb.

Qeyd edək ki, Rıbka qış fasiləsində "Səbail"ə transfer olunub.