"Səbail" - "Krayova" matçına təyinatlar

Avropa Liqasının I təsnifat mərhələsinin "Səbail" - "Universitatya Krayova" görüşünün təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, “ASCO Arena”da keçiriləcək qarşılaşma finlandiyalılara həvalə edilib.

Oyunda ədaləti Ville Nevalaynen qoruyacaq. Ona Mikko Alakare və Mika Lamppu kömək edəcəklər. Atte Jussila dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi fransalı Patrik Vattebled olacaqsa, hakimlərin işinə xorvatiyalı Miroslav Vitkoviç qiymət verəcək.

Qeyd edək ki, “Səbail” – “Universitatea Krayova” (Rumıniya) oyunu iyulun 11-də keçiriləcək.