"Səbail" - "Krayova" oyununun vaxtı bilindi

"Səbail"in Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Krayova" ilə ilk matçının başlama saatı müəyyənləşib.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, Rumıniya təmsilçisinə qarşı ev oyunu iyulun 11-i, Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, "Səbail" rəqibini "ASCO Arena"da ("Bayıl Arena") qəbul edəcək.