"Səbail" legioneri ilə vidalaşdı

"Səbail" klubu daha bir legioneri ilə vidalaşıb. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Daniel Bojinovskinin muqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.

Makedoniyalı qolkiperə azad agent statusu verilib. 

Qeyd edək ki, Daniel Bojinovski "Səbail"ə bu yay transfer olunub.