"Səbail" legioneri ilə yolları ayırdı

"Səbail" klubu bir futbolçusu ilə vidalaşıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "dənizçilər" gürcü müdafiəçi Tamazi Setsxladze ilə yolları ayırıb.

23 yaşlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Qeyd edək ki, Setsxladze 2017-ci ilin yayından "Səbail"də çıxış edirdi.