"Səbail" makedoniyalı müdafiəçi transfer etdi
"Səbail" növbəti transferini həyata keçirib.
SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi makedoniyalı müdafiəçi Tome Kitanovskini heyətinə qatıb.
Qeyd edək ki, T.Kitanovski son olaraq Xorvatiyanın "Slaven Belupo" komandasında çıxış edib.