"Səbail" meksikalı futbolçu ilə yolları ayırdı

"Səbail” futbolçusu Edqar Paçeko ilə yollarını ayırıb.

SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi Feysbuk səhifəsi xəbər yayıb.

Qarşılıqlı razılıq əsasında meksikalı yarımmüdafiəçinin müqaviləsinə vaxtından əvvəl xitam verilib. Futbolçuya azad agent statusu verilib. 

Qeyd edək ki, Meksika millisinin sabiq üzvü bu ilin avqust ayında "Səbail"ə cəlb olunmuşdu.