"Səbail" - "Qəbələ" görüşü rəqəmlərin gözü ilə

Bu gün Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə “Qəbələ” “Səbail”lə qarşılaşacaq.

Səfərdə oynayacaq "qırmızı-qaralar" mövsümdə 5-ci qarşılaşmasını keçirəcək. Bakıdakı “ASCO Arena” stadionunda oynanılacaq matç iki rəqib arasında 11-ci duel olacaq. 2017-ci ildə ilk dəfə üz-üzə gələn komandalar indiyədək 8 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kuboku çərçivəsində görüşüblər.

“Qəbələ” bu oyunlarda 6 qələbə qazanıb. 2 dəfə heç-heçə edən “qırmızı-qaralar” eyni sayda məğlubiyyət alıb. "Qəbələ"nin üstünlüyü top fərqində də əks olunub – 19:10. Baqali Dabo paytaxt təmsilçisini daha çox – 6 dəfə məyus edib. Famussa kone və Ceyms Adeniyinin hesabında 3 qol var.

Ölkə çempionatlarındakı oyunlarda da “Qəbələ” üstündür. Əvvəlki 8 matçda 4 qələbə qazanan “qırmızı-qaralar” 2 dəfə meydandan bir xalla ayrılıbsa, 2 dəfə uduzub. 14 qol vuran "Qəbələ" 8 top buraxıblar.