"Qəbələ" məğlubiyyətdən qaçdı
Bu gün Topaz Premyer Liqasında 23-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma keçiriləcək.
Çempionluq yarışında "Qarabağ"ın ən yaxın izləyicisi "Qəbələ" doğma meydanda "Səbail"lə qarşılaşacaq. "Qırmızı-qaralar" 3 xal qazanacaqları təqdirdə çempionluq üçün nəzərə imkanlarını saxlayacaq. "Səbail"in qələbəsi ilə "Qarabağ"ı çempion edəcək.
Qarşılaşma saat 17:00-da başlanacaq.
15 aprel 2018
Topaz Premyer Liqası
23-cü tur
“Qəbələ” – “Səbail” - 1:1
QOLLAR: Fəhmin Muradbəyli, 55 (0:1); Famussa Kone, 82 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu
Standings provided by Sofascore LiveScore