"Səbail" Rumıniyaya yollanıb

“Səbail” UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Universitatya”la ilə cavab oyunu üçün Rumıniyaya yollanıb.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi saat 12:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı-İstanbul-Buxarest reysi ilə səfərə çıxıb. “Dənizçilər” Buxarestdən “Universitatya”nın təmsil etdiyi Krayova şəhərinə avtobusla gedəcəklər.

Heyət mənzil başına axşam saatlarında çatacaq. İyulun 17-də isə komandanın matçöncəsi məşqi olacaq.

İyulun 18-də Krayovadakı “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki Bakıda keçirilən ilk oyunda rumınlar 3:2 hesabı ilə qalib gəliblər.