"Səbail" - "Sabah" görüşünün vaxtı müəyyənləşdi
Topaz Premyer Liqasının 5-ci turunda keçiriləcək “Səbail” - “Sabah” matçının başlama saatı açıqlanıb.
SportLine.az-ın "Səbail"in rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, oyun sentyabrın 22-i saat 18:30-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma “Bayıl Arena”da oynanılacaq.