"Səbail" "Sivasspor"a uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, Super Liqa təmsilçisi "Sivasspor"la görüşən "Səbail" 0-2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə  “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” klubu ilə heç-heçə edib - 2:2.