"Səbail" "Sürix"lə görüşdə qələbəni əldən verdi

Antalyada təlim-məşq toplanışında olan "Səbail" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib İsveçrənin "Sürix" komandası olub.

Qarşılaşmada qalib müəyyənləşməyib.

"Səbail" ilk yoxlama matçında Macarıstanın "Aqvital" kollektivindən güclü olub - 3:2.

19 yanvar 2019
Yoxlama oyunu

"Səbail" - "Sürix" (İsveçrə) - 1:1
QOLLAR: 
Ağabala Ramazanov, 37 (1:0); Marko Şönbaxler, 79 (1:1)
Antalya, Türkiyə